Günün qoroskopu: hadisələr gözlənilən məcrada inkişaf edəcək


Digərləri 06 Mar 2018 00:01:00 325 0

Günün qoroskopu: hadisələr gözlənilən məcrada inkişaf edəcək

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirin. Hadisələrdə gərginlik hiss olunsa da, emosiyalara qapılmayın. Düşünülməmiş, tələsik qərar verməyin. Can atdığınız sakitlik və harmoniyanı unudun.

Şəxsi münasibətlərdə hisslərin əsirinə çevrilməyin. Demək istəmədiyiniz sözləri söyləməyin.

Günün ikinci yarısında durum bir qədər də kəskinləşəcək. İşlərin tələb etdiyi nüansları qulaqardına vurmayın. Yalnız özünüzü düşünməyin.

Eyni vaxtda bir neçə istiqamətdə çalışmaq olar.

Buğa - bu gün diqqət mərkəzində olmamağa çalşıın. Yaxın ətrafınızdakı insanlara yardım edin, qayğıkeş olun. Eqoist, təşəxxüslü insan təsiri bağışlamayın. İşdə rəhbərliyin tövsiyələrini səbrlə dinləyin.

Günün ikinci yarısında yeniliklər və dəyişikliklərlə bağlı tələsik qərar verməyin. Bütün diqqətinizi bir qədər əvvəl başladığınız işlərə yönəldin. Son xəbərləri, təklifləri, ideyaları dəyərləndirin.

Axşam saatlarında rahat istirahətə üstünlük verin.

Əkizlər - hadisələrlə zəngin gündür. Mövcud prosesdə yenidənqurma tələb edən nüansları diqqətdən qaçırmayın. Emosiyalarınıza nəzarət edin. Vəziyyət çox asanlıqla münaqişə yarada bilər. Baş verənləri heç bir səbəb olmadan dramatikləşdirməyin.

Günün ikinci yarısı yeni layihə ilə bağlı çalışmalar üçün əlverişlidir. Uğur məhsuldarlığınızdan, zəhmətkeşliyinizdən asılıdır. Olaylara süni təkan verməyin. Axşam saatlarında stressdən qurtulun. Heç yerə tələsməyin.

Xərçəng - mühüm işlərə başlamaq üçün günün ilk yarısı əlverişlidir. Önəmli görüşü və danışıqları təxirə salmayın. Yaradıcılın sizdə məmnunluq hissi yaradacaq. Sizi narahat edən məsələ ilə bağlı yaxınlarınızla müzakirələr apara bilərsiniz. Yaşamınıza yeni nüanslar əlavə edin.

Günün ikinci yarısında ailə problemləri ilə yaxından məşğul olun. İntuisiyanıza güvənin. Həddən artıq vaxt və qüvvə itkisi tələb edən işləri təxirə salın. Axşam saatlarında yaşam arealında qayda yaradın. Alış-verişdə bədxərclik etməyin.

Şir - müstəqil çalışmaq, təkbaşına fəaliyyət göstərmək niyyətiniz alınmaya bilər. Anlaşılmazlıqlar, münasibətlərdə qəfil dönüşlər istisna deyil. Hisslərinizə hakim olun. Düşündüklərinizi aktiv izhar etməyiniz mövcud situasiyadakı müvazinəti poza bilər.

Günün ikinci yarısında yeni qərarlar aramağa başlayın. Baş verənlərə münasibədə aqressiv davranmayın.

Yeni həll variantları təklif edin. Axşam saatları sizi planlardan boyun qaçırmağa vadar edəcək. Addımlar və qərarlarınızın sonuclarını hesablamağa çalışın.

Özünüzü sığortalayın.

Qız - işlərinizə ifrat maraq göstərən insanlardan çəkinin. Emosiyaların əsiri olmayın, cazibədar təkliflərə aldanmayın. İfrata varmaq səhhətinizə və maliyyə durumunuza zərbə vura bilər.

Yaxın ətrafınızdakı insanları aldatmayın. Başladığınız işi diqqətlə, səliqə ilə görün. Dəqiq olun. Vədələşdiyiniz görüşə gecikməyin. Yollarda ehtiyatlı olun. Travma riski var.

Günün ikinci yarısında gərginlik artacaq. Mübahisələrə əsla qatılmayın. Problemlərin həll yollarının axtarışında orijinal metodlardan yararlana bilərsiniz.

Axşam saatlarında ev işlərini və ailə qayğılarını unutmayın. Stressdən qurtulmağa çalışın.

Tərəzi - mürəkkəb, qarışıq gündür. Qeyri-müəyyənlik hissinin yaranması, niyyət və istəklərin xaosu istisna deyil. Ani maraqları təxirə salın, perspektivləri düşünün. Seçim çətinliyi mühüm işi bitirməyə mane olmamalıdır.