İngiltərədə Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki zəhərlənib


Dünya 05 Mar 2018 23:57:00 265 0

İngiltərədə Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki zəhərlənib

2006-cı ildə Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, 66 yaşlı S.Skripal və onun yanında olan bir qadın naməlum zəhərli maddənin təsirinə məruz qalıblar.

Hadisədən dərhal sonra ticarət mərkəzi dezinfeksiya üçün polis tərəfindən əhatəyə alınıb.