"Mən Amerikayam" Boksun kralı


Digərləri 05 Mar 2018 23:39:00 305 0

"Mən Amerikayam"  Boksun kralı

17 yanvar 1942-ci ildə dünyaya gələn boksun kralı Məhəmməd Əli yarışları, performansları, çempionluqları ilə birlikdə əfsanəvi sözləri ilə də yadda qalıb.

Son.az Məhəmməd Əlinin yaddaşlara yazılan ifadələrindən bir neçəsini təqdim edir.

* İki qaradərili adamın döyüşünü çox sayda ağdərili adamın izləməsinə boks deyilir.

* Hökumət doğru olduğunu düşündüyü şeyi etdi, mən də (haqqında həbs cəzası çıxarılanda).

* Səni bitirən qarşındakı dırmanacağın dağlar deyil, ayaqqabındakı çay daşlarıdır.

* Yuxuları gerçəyə çevirməyin ən yaxşı yolu oyanmaqdır.

* Çempion olmaq üçün ən yaxşı olduğuna inanmalısan. Elə olmasan belə, elə davranmalısan.

* Alt tərəfi bu da bir işdir. Otlar böyüyər, quşlar uçar, dalğalar qumları yalayar. Mən də insanları döyərəm.