Arılar üçün təbii tozcuqlu süni güllər yaradıldı
Digərləri 05 Mar 2018 23:33:00 285 0
Avstraliyalı rəssam Maykl Kendi sarı rəngli dörd ləçəkdən ibarət süni güllər yaradıb.
Son.az Trend-ə istinadən bildirir ki, Raps (lat. Brassica napus) gülünün timsalında yaradılan süni güllər rəng baxımından təbii analoquna maksimum dərəcədə bənzəyir.
Hər bir süni çiçəyin mərkəzində nektar təchizatı üçün borucuq, nektarın ətrafında isə tozcuq təchizatı üçün nəzərdə tutulmuş üç süni erkəkcik quraşdırılıb. Süni nektarın tərkibinə təbii nektarda olan konsentrasiyada su və şəkər daxildir. Tozcuğun süni analoqunu hazırlamaq isə mümkün olmayıb. Bunun üçün Maykl öz layihəsində arı pətəyindən yığılan təbii tozcuqlardan istifadə edib.
Mənbə: milli.az