Azərbaycan Gürcüstandakı turistlərin sayına görə liderdir


Digərləri 05 Mar 2018 22:00:00 237 8

Azərbaycan Gürcüstandakı turistlərin sayına görə liderdir

Azərbaycan vətəndaşları ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 faizlik azalmaya baxmayaraq, 2018-ci ilin fevralında Gürcüstandakı turistlərin sayına görə liderdir.

Son.az Trend-ə istinadən bildirir ki, ümumilikdə əcnəbi səyahətçilərin sayı 19,8 faiz, turistlərin isə 27,1 faiz artıb.

Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze deyib ki, daha çox səfər Azərbaycan, Türkiyə (ötən illə müqayisədə 28,1 faiz artım), Rusiya (+24,2 faiz) və İrandan (+130,6 faiz) olub.