“Bank of Baku” 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə yeni kampaniyaya başlayıb


Digərləri 05 Mar 2018 20:11:38 252 0

“Bank of Baku” 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə yeni kampaniyaya başlayıb

“Bank of Baku” 8 Mart – Beynəlxalq Qadınlar gününə özəl olaraq yeni kampaniyaya başlayıb.

Bakı. “Bank of Baku” 8 Mart – Beynəlxalq Qadınlar gününə özəl olaraq yeni kampaniyaya başlayıb. Bankdan Trend-ə verilən məlumata görə, “8 Martda Bolkartla hədiyyə alanlara, +3 ay hədiyyə” şüarı altında keçirilən kampaniya çərçivəsində Bank, Bolkart sahiblərinə sevdikləri xanımları gözəl hədiyyələrlə sevindirmə imkanı verir. Belə ki, Bolkartın partnyor şəbəkəsinə aid Gül salonu, Parfümeriya və Telefon mağazalarında alış-veriş edən “Bolkart” kredit kart sahibləri ödəniş müddətlərinə əlavə 3 AY qazanacaqlar. Yəni, kampaniya dövrü ərzində “Bolkart” sahibləri 3 ay müddətinə etdikləri alış-verişlərin xərcini 6 aya, 6 ay müddətinə etdikləri alış-verişlərin xərcini 9 aya, 12 ay müddətinə etdikləri alış-verişlərin xərcini isə 15 aya ödəyəcəklər. Kampaniya 11 mart 2018-ci il tarixinədək qüvvədədir. Bolkart partnyor şəbəkəsinə daxil olan Gül salonu, Parfümeriya və Telefon mağazalarının siyahısı ilə bu linkə - https://www.bolkart.az/az/where-to-use/ daxil olaraq tanış olmaq olar.