Şəkidə azyaşlı baçıqardaşı kəsəyən, daha iki uşağı isə it dişləyib


Digərləri 05 Mar 2018 19:32:00 316 0

Şəkidə azyaşlı baçıqardaşı kəsəyən, daha iki uşağı isə it dişləyib

Şəkidə azyaşlı baçı-qardaşı kəsəyən, daha iki uşağı isə sahibsiz it dişləyib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Cuma kənd sakinləri,  2016-cı il təvəllüdlü İmarət Polad qızı Məcnunova sol baldır nahiyəsinin,  onun  2014-cü il təvəllüdlü qardaşı Aslan  isə başın alın nahiyəsinin kəsəyən dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

Günorta saatlarında isə Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Murad Kazım oğlu Əhmədov döş qəfəsinin sağ hissəsinin it dişləməsi, rayonun Sarıca kənd sakini, 2005-ci il təvəllüdlü Allahverdi Ziyad oğlu Rüstəmov isə sol diz nahiyəsinin it dişləməsi xəsarəti ilə MRX-yə yerləşdiriliblər.

MRX-dan APA-ya verilən məlumata görə, onlara lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıblar.