ABŞ-ın Türkiyədəki səfirliyinə hücum hazırlamaqda şübhəli bilinən 4 nəfər tutulub


Dünya 05 Mar 2018 16:31:13 245 0

ABŞ-ın Türkiyədəki səfirliyinə hücum hazırlamaqda şübhəli bilinən 4 nəfər tutulub

Aniterror əməliyyatı davam edir

Türkiyənin Samsun şəhərində ABŞ-ın Ankaradakı səfirliyinə hücum hazırlamaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, onların terrorçu İŞİD qruplaşmasının üzvü olduqları iddia edilir.

Məlumata görə, onlar İraq vətəndaşlarıdır.

Qeyd edək ki, martın 5-də ABŞ-ın Türkiyədəki səfirliyinin terror təhlükəsi ilə bağlı yaydığı xəbərdarlıqdan sonra Ankarada İŞİD terrorçularına qarşı əməliyyat keçirilib və 12 nəfər tutulub. Bildirilib ki, 20 şübhəlinin tutulması istiqamətində əməliyyat keçirilib. Onlardan 12-si tutulub. Aniterror əməliyyatı davam edir.

Xatırladaq ki, martın 5-də ABŞ-ın Ankaradakı səfirliyi fəaliyyətini bir günlüyə dayandırıb. Bu addımın təhlükəsizlik məqsədilə atıldığı bildirilib.