Samuxda iki avtomobil yolu yenidən qurulur


Digərləri 05 Mar 2018 14:38:08 211 0

Samuxda iki avtomobil yolu yenidən qurulur

Bu 18.2 km-lik Çobanabdallı-Lək-Əlibayramlı və 12.7 km-lik Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yollarıdır.

Bakı. Kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 30.9 km olan iki avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Agentlikdən Trend-ə verilən məlumata görə, bu ,18.2 km-lik Çobanabdallı-Lək-Əlibayramlı və 12.7 km-lik Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yollarıdır. Avtomobil yollarının hər biri 3 yaşayış məntəqələrini əhatə etməklə 10 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq. Çobanabdallı – Lək – Əlibayramlı avtomobil yolunun 4.3 km-lik hissəsi III texniki dərəcəyə, 13.9 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun yenidən qurulur. Müvafiq olaraq yolun hərəkət hissəsinin eni 4.3 km-lik hissədə 7 m, 13.9 km-lik hissədə isə 6 m təşkil edəcək. Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolu da IV texniki dərəcəyə uyğun yenidən qurulur. Müvafiq olaraq yolun hərəkət hissəsinin eni 6 m təşkil edəcək. Avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğrayıb, qabarmalar, çökmələr və çatlar əmələ gəlib. Suötürücü borular sıradan çıxmış, çiyinlər yuyulub. Bu üzdən yolların əsaslı şəkildə təmir olunması zərurəti yaranıb. Layihə çərçivəsində mövcud asfalt-beton örtüyünün üst qatl frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağınınn yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır və kipləşdırılır. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunur, zəruri olan yerlərdə yeniləri qurulur.