Moskva Dövlət Humanitar İqtisad Universiteti Azərbaycanda filial açır


Digərləri 05 Mar 2018 13:23:00 269 0

Moskva Dövlət Humanitar İqtisad Universiteti Azərbaycanda filial açır

Moskva Dövlət Humanitar İqtisad Universiteti Azərbaycanda filial açılışı üçün zəruri olan sənədlərin və tədbirlər planının layihəsini hazırlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində Rusiyanın təhsil və elm naziri Olqa Vasileva bildirib.

Xanım O.Vasileva qeyd edib ki, bu layihənin reallaşdırılması ilə bağlı sənədlər Azərbaycan tərəfinə təqdim olunub və hazırda ərazinin seçilməsi üzrə işlər aparılır.