"Ehtiyat ibtidai sinif dərslikləri hazırlanır"


Digərləri 05 Mar 2018 13:18:00 253 0

"Ehtiyat ibtidai sinif dərslikləri hazırlanır"

"Yeni ehtiyat dərslik konsepsiyasına uyğun olaraq, Təhsil Nazirliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən ehtiyat ibtidai sinif dərsliklərinin hazırlanması prosesi istiqamətində işlər aparılır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən, təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, ilkin konsepsiya hazırlanan zaman beynəlxalq tədqiqatların nəticələri, orada ölçülən göstəricilər məzmun baxımından nəzərə alınıb:

"Hesab edirik ki, beynəxalq təqdiqatların meyarları yeni dərslik konsepsiyasında nəzərə tutulacaq. Növbəti illərdə həmin dərsliklərin tətbiq olunması ilə bağlı daha müsbət nəticələr əldə edəcəyik".