Bakıda "elektrik" evdən 4000 manat oğurladı


Digərləri 05 Mar 2018 12:38:00 185 0

Bakıda "elektrik" evdən 4000 manat oğurladı

Səbail rayonu Xəqani küçəsində yerləşən mənzillərdən birindən oğurluq edilib. 

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, bu barədə zərərçəkən qadın Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verib. 

O bildirib ki, evə elektrik adı ilə daxil olan bir nəfər onun başının qarışmasında istifadə edərək mənzildən 4000 manat oğurlayaraq hadisə yerindən qaçıb.