BANMda beynəlxalq qadınlar bayramı təntənəli qeyd edildi


Digərləri 05 Mar 2018 12:10:00 283 0

BANMda beynəlxalq qadınlar bayramı təntənəli qeyd edildi

Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 8 Mart Benəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Son.az xəbər verir ki, tədbirə BANM-ın rektoru Elmar Qasımov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor xanım Hicran Hüseynova da qatılıb.

Tədbir öncəsi Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov xanım Hicran Hüseynovanın simasında BANM-da çalışan bütün xanım əməkdaşları və tələbələri qarşıdan gələn 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə təbrik edib. Rektor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə qadın hərəkatına böyük diqqət göstərdiyini və hər zaman xanımların fəaliyyətinə önəm verdiyini bildirib. Elmar Qasımov cəmiyyətimizin inkişafında qadınların əvəzsiz rolundan danışıb və bu gün BANM-ın kollektivinin 60%-nin xanımlardan ibarət olduğunu söyləyib. Dövlətimizdə gender bərabərliyinin qorunaraq xanım rəhbərlərin çoxalmasına sevindiyini deyən rektor E.Qasımov cəmiyyətdə qadınlar və onların problemlərinin həllinə yönəlmiş əvəzsiz fəaliyyətinə görə Hicran xanım Hüseynovaya da xüsusi təşəkkür edib.


Xəbərə aid fotolar