Erməni zabit sərxoş vəziyyətdə qəza törətdi


Dünya 05 Mar 2018 11:56:00 276 0

Erməni zabit sərxoş vəziyyətdə qəza törətdi

Ermənistan ordusu zabitinin sərxoş vəziyyətdə törətdiyi yol qəzasında bir nəfər xəsarət alıb. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə Yerevan-Sevan avtomobil yolunda baş verib. 

Belə ki, 32 yaşlı Erik Petrosyanın idarə etdiyi "Volkswagen" markalı avtomobil 40 yaşlı Qurgen Sarkisyanın idarə etdiyi "Toyota Land Cruiser"ə çarpılıb. "Toyota Land Cruiser" Ermənistan olqarxı, müxalifətdə olduğu iddia edilən "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsraukyanın atası Nikolay Tsraukyana məxsusdur. Qəza da Q.Tsarukyana məxsus yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib.