Dağlıq ərazidə meyiti tapılan gəncin öldürüldüyü məlum oldu


Digərləri 05 Mar 2018 10:50:00 229 0

Dağlıq ərazidə meyiti tapılan gəncin öldürüldüyü məlum oldu

Şabranda meyiti tapılan şəxsin öldürüldüyü məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, martın 3-də Şabran rayonu, Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə meyiti tapılan, 2000-ci il təvəllüdlü Elton Siyasət oğlu Əzimovun üzərində zorakılıq əlamətləri aşkar edilib. Qətlin hansı şəraitdə və kimin tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Şabran rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.