Əsəd: "Suriyanın gələcəyi ilə bağlı yekun söz xalqa məxsusdur"


Dünya 05 Mar 2018 07:00:00 230 0

Əsəd: "Suriyanın gələcəyi ilə bağlı yekun söz xalqa məxsusdur"

"Suriya bu həssas anlarda dost ölkələrlə öz addımlarını sıx əlaqələndirməyin lazım olduğunu düşünür"

Suriya Yaxın Şərqdə yaşanan bu həssas anlarda dost ölkələrlə öz addımlarını sıx əlaqələndirməyin lazım olduğunu düşünür.

“Report” TASS-a istinadən xəbər verir ki, SANA agentliyinin məlumatına görə, bunu respublika prezidenti Bəşər Əsəd bazar günü Dəməşqdə İranın xarici işlər nazirinin müavini Hüseyn Cabir Ənsari ilə görüşü zamanı deyib.

Əsəd qeyd edib ki, ölkənin siyasi gələcəyi ilə bağlı yekun söz Suriya xalqına məxsusdur.