Oğlan uşaqlarının saçlarını uzatmayın VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ


Digərləri 05 Mar 2018 05:30:00 263 0

Oğlan uşaqlarının saçlarını uzatmayın  VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

Mütəxəssislər azyaşlı uşaqların saçlarının uzadılmasına qarşıdırlar. Xüsusilə də oğlan uşaqlarının saçlarının vaxtlı-vaxtında kəsilməsinin tərəfdarıdırlar. 

Son.az ailem.az-a istinadən bildirir ki, mütəxəssislərin belə düşünmələrinin əsl səbəbi isə psixoloji mənada uşaqların cinsi şəxsiyyətlərindən təsirlənə biləcəkləridir.

Ümumiyyətlə, mütəxəssislər hesab edir ki, valideynlər uşaqlarının saçlarını uzatmaq istəyirlərsə, 3-4 yaşından sonranı gözləməlidirlər. Bəs nə üçün saç uzatmaq üçün 3-4 yaşdan sonranı gözləmək lazımdır? Bu yaşlara qədər gecikdirilməsinin səbəb odur ki, uzun saçlar tökülən və ya qopan zaman tüklər uşaqların əllərinə dolana bilər və bu tükləri ağızlarına apara bilərlər. Bu da uşaqlarda bir çox problemlərə səbəb ola bilər.