İnsanın ruhunda bəsirətin əmələ gəlməsi üçün nə lazımdır?


Digərləri 04 Mar 2018 23:15:00 250 0

İnsanın ruhunda bəsirətin əmələ gəlməsi üçün nə lazımdır?

Təqva və zöhd bir kökdəndirlər və insan təvqanın ən yüksək zirvəsinə çatan zaman zöhdə çatar. Təqva bəsirət çırağını yandırar, zöhd bu çırağın nurunu artırar. İnsan təkamül yoluna atdığı hər addımda bu yolun həqiqətlərini daha yaxşı dərk edər.

Hər bir yeni bilik insanı hərəkətə gətirir və təkamülə hazırlayır. Hər kim bu yolda dayanarsa, o zaman bərisət çırağı sönər. Hədilsərimizin dili ilə desək, əməl, elm və mərifətə səbəb olar. Elm və mərifət isə əməl olmadan davamlı olmaz.

Son.az deyerler.org-a istinadən bildirir ki, bəsirət çırağının həmişə yanılı qalması üçün ixlas lazımdır. İxlas dedikdə, yəni, insanın bu yoldakı hərəkəti ancaq Allah üçün olmalıdır.

Bəsirət yolunu davam etdirmək üçün ona təqva və zöhd lazımdır. Təqva ilə zöhdün isə əmələ ehtiyacı vardır. Əməlin isə mücahidəyə ehtiyacı vardır. Mücahidə o zaman insan bəsirətinə yardım edə bilər ki, ixlasla bir yerdə olsun.

Ona görədir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Əgər insan 40 gün ixlasla əməl edərsə, bəsirət gözü açılar. Hikmət bulaqları qəlbin bilik mənbələrində qaynayar və dilinə tərəf axar".