Gur saçlara nail olmağın yolları –


Digərləri 04 Mar 2018 21:35:00 235 0

Gur saçlara nail olmağın yolları –

Yay fəslinin əvəzedilməz ünsürləri olan dəniz, qum, günəşin yaxşı tərəfləri olduğu kimi problem yaradan yönləri də var. Yəqin ki, bu üçlüyə valehliyiniz saçlarınızın parlaqlığı və canlılığını əlinizdən alıb, quruluq yaradıb.

Son.az lent.az-a istinadən təravətini itirən saçlarınız üçün bəzi məsləhətləri təqdim edir. Saçlarınızı yenidən gücləndirmək, parıltı və sağlamlığına qovuşmağı üçün bir neçə saça qulluq nümunələrinə diqqət etsəniz faydasını görərsiniz.

Qadınların bir çoxu uzun saçlarından vaz keçmək istəmir. Lakin söhbət taqətdən düşmüş saçlardan gedirsə bu zaman vəziyyət fərqlidir. Yay fəslindən sonra görəcəyiniz ilk iş qırılmış, taqətdən düşmüş, solmuş saç uclarından azad olmaqdır.

Yay uzunu günəşin zərərli işıqlarına məruz qalan saçlarınızı keratinin köməyi ilə yenidən gücləndirin. Həftədə bir gün, nizamlı olaraq saça qulluq müalicələri və ya maskaları tətbiq etsəniz yaxşı nəticələr əldə edəcəksiniz.