Allahın varlığının bir neçə dəqiqəyə sübutu


Digərləri 04 Mar 2018 21:10:00 263 0

Allahın varlığının bir neçə dəqiqəyə sübutu

Nəql edilir ki, İmam Sadiq (ə) təvaf edən zaman Əbdülməlik adlı bir nəfər ona yaxınlaşır və onunla münazirə etmək istəyini bildirir. İmam (ə) da ona buyurur ki, təvafı bitirim, sonra gələrəm.

İmam (ə) təvafı bitirəndən sonra həmin şəxs İmamın (ə) yanına gəlir və yanında əyləşir. İmamın (ə) səhabələri və şagirdləri də orada əyləşmişdilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) həmin şəxsə buyurur: "Bilirsənmi ki, yerin üstü və altı vardır?".

Deyir: "Bəli".

Buyurur: "Onun altına getmisən?".

Deyir: "Xeyr".

Buyurur: "Bilirsənmi ki, yerin altında nə vardır?".

Deyir: "Xeyr, ancaq güman edirəm ki, heç nə yoxdur".

Buyurur: "O zamana qədər ki, yəqininin yoxdur, güman gücsüzdür. Səmaya qalxmısanmı?".

Deyir: "Xeyr".

Buyurur: "Bilirsənmi ki, səmanın üstündə nə vardır?".

Deyir: "Xeyr".

Buyurur: "Şərqə və qərbə getmisən?".