Dizel mühərrikli avtomobilin yanacağına


Digərləri 04 Mar 2018 21:12:00 277 0

Dizel mühərrikli avtomobilin yanacağına

Dizel mühərrikli avtomobil sahibləri maşının daha yaxşı işləməsi üçün bəzi hallarda yanacağa müxtəlif qatqılar əlavə edirlər. Bəzi sürücülər isə ucuz başa gəlməsi üçün müxtəlif yollara əl atırlar. Hətta dizel yanacağının çəninə mühərrik yağı və benzin qatanlar da var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, mühərrikin daha rahat işləməsi üçün yanacağa əlavə maddələr qatılır. Burda söhbət yanacaq üçün nəzərdə tutulan zavod istehsalı qatqılardan deyil, adi mühərrik yağı və benzindən gedir.

Bəzi sürücülər bu üsulla maşının daha yaxşı işlədiyi qənaətindədirlər.

Ustalar da belə sürücülərin çox olduğunu deyir. Bir çox sürücü bununla mühərrikin daha yaxşı işlədiyini düşünsə də, mütəxəssisilər əslində bunun avtomobil üçün zərərli olduğunu deyir.


Xəbərə aid video