Xoruldama xərçəng riskini artırır


Digərləri 04 Mar 2018 21:15:00 311 0

Xoruldama xərçəng riskini artırır

Siuçan Universitetinə bağlı Qərbi Çin Hospitalının apardığı araşdırmaya görə xoruldama xərçəngə tutulma ehtimalını artırır.

Şiddətli xoruldama genetik kodların içində olduğu DNT-in quruluşunu dəyişdirdiyi üçün hüceyrələr daha sürətlə köhnələrək daha çox yaşlanır, köhnələn hüceyrələrin isə xərçəngə tutulma ehtimalları artır. Çində aparılan araşdırma, yuxu apnesi və xərçəng riski arasındakı əlaqəni açıqlayan ilk araşdırma deyil.

Son.az deyerler.org-a istinadən bildirir ki, daha əvvəl ABŞ-ın Viskonsin Universitetində 1522 adam üzərində aparılan tədqiqat da, yüngül yuxu apnesinə sahib olan kəslərdə xərçəngdən ölüm riski 10%, orta yuxu apnesi olanlarda xərçəng ilə əlaqəli ölüm riskinin 20%, şiddətli yuxu apnesində isə xərçəngdən ölümün təxminən beş qat artdığını müşahidə etmişdi. Lakin bu iş, xərçəngə tutulmağa səbəb olaraq yuxu apnesi sırasındakı qeyri-kafi oksigeni göstərmişdi.