Azərbaycan və Rumıniya qazın Avropaya tranzitini reallaşdıracaq


Digərləri 04 Mar 2018 12:02:00 250 0

Azərbaycan və Rumıniya qazın Avropaya tranzitini reallaşdıracaq

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan AGRI (Azərbaycan-Gürcüstan-Rumıniya interkonnektoru) uzunmüddətli perspektivdə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında vacib alətə çevrilməkdədir.

Son.az bildirir ki, bunu Trend-ə Rumıniyanın energetika nazirinin müavini Yulian Tudoraş deyib.

O bildirib ki, Rumıniya, Azərbaycan və Gürcüstan layihənin qiymətləndirilməsi mərhələsini başa çatdırmaq və onun işə salınması prosesini başlatmaq məqsədilə AGRI LNG layihəsi üzərində işləyir: "AGRI LNG layihəsi enerji əməkdaşlığı və Xəzər regionundan Avropaya qaz tədarükünün təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır".