Dollardan imtina siyasi səbəbdir


Dünya 03 Mar 2018 23:42:00 263 0

Dollardan imtina siyasi səbəbdir

İran Mərkəzi Bankı ticarət əməliyyatlarında ABŞ dolları ilə idxal sövdələşmələrini qadağan edib.

Son.az oxu.az-a istinadən bildirir ki, Mərkəzi Bank Sənaye, Mədən və Ticarət Nazirliyinə göndərilən təlimatda idxalçıların dollar əvəzində başqa valyutalardan istifadə etmələri irəli sürülüb.

Bildirilib ki, maliyyə əməliyyatları dollarla aparılacağı təqdirdə, ölkənin gömrük orqanları bəyannaməni və ya malların idxalı üçün sifarişləri rəmiləşdirməkdən imtina edəcək.

İran Mərkəzi Bankına görə, beynəlxalq sövdələşmələrdə hər hansı pozuntular yaranmayacaq, belə ki, xarici ticarət əməliyyatları üçün başlıca olaraq dollardan istifadə olunur.

Qeyd edək ki, dollara qarşı son məhdudlaşdırıcı ölçünün rialın məzənnəsinin aşağı düşməyə davam etməsi ilə əlaqədar olduğu deyilir. Belə ki, ilin əvvəlindən İran valyutası 8 faiz ucuzlaşıb. Yerli media isə bu qərarı ABŞ-ın hələ də İran banklarlarına qadağa tətbiq etməsi ilə əsaslandırır.

Nəzərə çatdıraq ki, İran Mərkəzi Bankının addımından sonra idxalçılar dolları valyuta şirkətlərindən  almağa başlayıblar.