Burnu tutulan insanların problemi bağırsağındadır


Digərləri 03 Mar 2018 21:25:00 378 0

Burnu tutulan insanların problemi bağırsağındadır

Payız-qış aylarında çox adamın burnu tutulur, seliklə dolur, qişası şişir, nəfəs ala bilmir. Həkimlər haymorit, frontit, sinusit, rinit dianqozu qoyaraq burun və ətrafını təmizləməklə məşğul olur. Lakin çox adam bilmir ki, problemin kökü bağırsaqlardadır. Bəlkə də bilirlər, amma bu işlə heç kim başını ağrıtmaq istəmir.

Son.az medicina.az-a istinadən bildirir ki, Mayo klinikasının 210 nəfər xroniki sinusitli xəstə üzərində apardıqları tədqiqat nəticəsində onların burnundakı selikdən götürülən analizdə kandida göbələyi aşkar olundu. Məlum oldu ki, sinusit, rinit orqanizmin patogen göbələklərə qarşı reaksiyasıdır. Bəzi insanlar göbələklərə qarşı həddən artıq həssas olduqlarından onlarda kandidoz kimi göbələk xəstəliyi üzə çıxır. Orqanizm üçün zərərli olan göbələklər təəssüf ki, qan vasitəsilə sürətlə bütün bədən boyu yayılaraq, tənəffüs yolları, beyin və burun selikli qişasına düşür.

Orqanizminizdə göbələklərin tüğyan edib-etməməsini aşağıdakı simptomlardan özünüz də aşkar edə bilərsiz:

-Bədəndə naməlum ağrılar -Pis tənəffüs -Yorğunluq -Başgicəllənməsi -Ürəkbulanma -Üzdə sızanaq -Vaginal səpkilər -Dəridə qaşıntı, səpki -Ağızdan pis qoxu -Əsəbilik