TOEFLdan necə daha çox xal yığmaq olar?


Digərləri 03 Mar 2018 21:10:00 362 0

TOEFLdan necə daha çox xal yığmaq olar?

Son.az meslehetdir.com-a istinadən Kanan Karimzadanın yazısını təqdim edir

Son vaxtlar TOEFL ilə maraqlanan və xaricdə oxumaq marağında olan dost-tanışların sayı artıb. İngilis dili səviyyəsini ölçən Toefl xalı nəqədər yüksək olsa tələbələr xarici universitetlərə ərizə ilə müraciət etdikdə o qədər çox qəbul olmaq və təqaüd tapmaq imkanları qazanarlar. Buna görə Toefl barədə daha çox danışmaq əvəzinə bəzi özüm üçün müəyyənləşdirdiyim detalları və ümumi texnikləri paylaşmaq istəyirəm. Ümid edirəm ki kimlərsə üçün faydalı olar. 

2009-da Fred ilə (Firdovsi Karimov- Çox səmimi və işinin ustası!) BEİC-də (Baku Education and İnformation Center) hazırlaşmışam Toefla. İlk imtahan təcrübəm çox uğursuz olub 2009 da 77 yığmışam, səbəbi birnəfərin qarğışı və mənim özümnən həddən çox arxayın olmağım :). 2010 Oktyabrda iki toefl imtahanına girmişəm ardıcıl olaraq və yaxşı xallar qazanmışam, 109 və 110. Ağlımda qalan bəzi önəmli məsələri bura yazıram :)

İlkin bilik səviyyəsi. Toefl-a başlamaq üçün ən azı Intermediate (orta) ingilis dili biliyi vacibdir. Təbii ki 95-100 xalı hədəfləyirsinizsə. 100 dən çox yığmağa iştahlı olanlar nəyivar özlərini suya vursunlar gərək :) İngilis dili bazanız nəqədər güclüdürsə, o qədər qısa müddətdə yaxşı xal yığa bilərsiniz. Məsələn Advanced-la başlayanlar 3 ay sistemli hazırlaşmaqla 100-dən çox yığa bilərlər asanlıqla.

Repetiror. Əgər ilkin olaraq biraz çətindisə sizin üçün, onda mütləq müəllim ilə hazırlaşmağınız məsləhətdi. Mənim təklifim Firdovsi Kərimov (Fred), Bakıda ən professional TOEFL masteri :).

Müddət. Nəqədər müddət hazırlaşmağınız çox önəmlidir. Sistemli olaraq 3-4 ay hazırlaşıb yüksək xal yığmaq mümkündür, təbii ki gündəlik vaxt sərfini nəzərə almaq önəmlidir. Minumum 3-4 saat lazımdı gün ərzində. Mənim bir dostum, Cəlil Musayev 2 il əvvəl son 2 həftəni günə 8 saat hazırlaşmışdı və 104 yığdı.

Ədəbiyyat. Hansı kitabla və hansı ardıcıllıqla başlamağınız önəmlidir. Mən bu kitabları istifadə etmişəm : Delta, Barrons, Longman, Kaplan, Cambridge, Princetown Crack Toefl Ibt, Official Toefl IBT.

Delta- sürətli başlamaq və toefl-a alışmaq üçün ən yaxşısıdır, xüsusən əgər digər kitablardakı sözlər sizə çətin gəlirsə və tekstlər çox ağır görünürsə. Bu kitab ilkin capacity building üçün əladır. Yaxşı ingilis dili biliyiniz varsa, bu kitabı çox tez bitirib digərlərinə keçid eləmək olar. 

Barrons- biraz uzun amma asan reading-lər var. Deltaya nisbətən çətin sözlər çoxdu tekstlərdə. Barronsun listeningi sürətli və sayca boldur. Yaxşıca toefl listening xalı istəyirsinizsə onda barronsun listeningləri ilə "Qulağınızı sındırın" :)) 

Longman- Listening çox asandı, amma test sualları biraz tricky olduğundan Longman təcrübəsi əsl imtahanda yaxşı mənada belə problemlə üzləşməyəcəyinizə qarantiyadır. Readinglər yaxşıdı.

Kaplan- readinglər nisbətən çətindi, bu kitabı ancaq məsləhətdi ki sınaq testi kimi istifadə edəsiniz. Xüsusən də imtahana yaxın bir müddətdə.