Bağçalarla bağlı YENİ QƏRAR Mühafizəçi və


Digərləri 03 Mar 2018 21:12:00 306 0

Bağçalarla bağlı YENİ QƏRAR  Mühafizəçi və

Dövlət bağçalarının işi yenidən təşkil ediləcək. Bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib. Bundan sonra dövlət bağçalarında iki mühafizəçi olacaq. Bundan əlavə bağçalarda həyəcan düyməsi quraşdırılacaq.

Dövlət məktəbəqədər təhsil müəssisələri olan bağçalarda təhlükəsizlik tədbirləri gücləndirilir. Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, qərara əsasən, bağçaların əmlakının qorunması, eləcə də uşaqların təhlükəsizliklərinə daha ciddi nəzarət ediləcək

Maliyyə Nazirliyinə tapşırılıb ki, 2019-cu ildən etibarən dövlət məktəbəqədər təhsil müəssisələrinin həyəcan düyməsi ilə təchiz olunmasi üçün Daxili İşlər Nazirliyinin Baş Mühafizə Idarəsi ilə razılaşdırılmaqla, tələb olunan vəsaitin hər il dövlət büdcəsində nəzərdə tutulmasını təmin etsin.


Xəbərə aid video