Güclü menecer necə olur?


Digərləri 03 Mar 2018 19:20:00 231 0

Güclü menecer necə olur?

Azərbaycanda səriştəli menecer tapmaq çox çətindir. Bəs Sizcə bu menecer böhranının aradan qaldırılması yolları nədir?! Mən bu yazıda bu haqda danışacam, yaxşı menecer necə olmaq olar?!

Son.az meslehetdir.com-a istinadən bildirir ki, uğurlu menecer olmaq üçün əlbətdə təcrübə mütləqdir və mən hesab edirəm (oxu əminəm) ki, əsl menecerlik qabiliyyətləri məhz real işdə bilinir. Təsadüfi deyil, P&G, Unilever, McDonalds kimi dünya şirkətləri menecerlərini yalnız özləri yetişdirir. Mən hesab edirəm ki, uğurlu menecerlik 100%-ə ifadə edilirsə, bu cəmi yaradacaq 3 vacib amil vardır.

Birinci Amil - 60%! Uğurlu menecer olmaq üçün işin 60% təcrübədir. Mən Azərbaycanda son dərəcə nüfüzlü Universitetləri bitirmiş gənc mütəxəssislər tanıyıram, təcrübələri olmadığı üçün sahibkara yaramır... və tam əksini adi Azərbaycan təhsilli mütəxəssislər var ki, iş təcrübəsi hesabına böyük bizneslərə rəhbərlik edir. Təcrübə istər şəxsi biznesdə, istərsədə işə muzd fəaliyyətdə uğurun ən azı 60%. Təcrübəli menecerlər kritik vəziyyətlərdə düzgün gərarlar verirlər, təcrübəli menecerlər heç bir kitabda, heç bir treninqdə deyilməyən vərdişlərə sahib olur bu çox vacibdir. 

İkinci Amil - 30%! Uğurlu menecer olmaq üçün 30% ünsiyyət qurmaq qabiliyyətidir. Bu qabiliyyət menecer olmaq üçün olmazsa, olmazlardandır. Mən böyük iş təcrübəsi olan çoxlu adam tanıyıram, lakin bu adamlar elementar ünsiyyət, münasibət qura bilmədiklərini görə "irəli gedə" bilmirlər. Bizim həyatımız ünsiyyətlərlə doludur, xoşbəxtçilikdə biz bu planetin ən çox danışan canlısıyıq! İstər müştərilər, istər işçilərimiz, istər rəhbərlik, istərsədə ailə, dost və s. ünsiyyət qura bilməyən adam heç bir işdə uğur qazana bilməz. Əlbətdə bu xasiyyətə öz üzərində işləməklə hansısa mənada nail olmaq olar, lakin bütün hallarda uşaqlıq yaşlarında bunun aşılanması daha vacibdir. Məhz bu kriteriyaya görə uşaq baxcası belə, şəxsiyyət olaraq uşağın formalaşmasında rolu böyükdür. Alim olmazdan qabaq, insan olmaq lazımdır - bunun üçündə tərbiyyə önəmlidir. Ünsiyyət qura bilmə qabiliyyəti uğurlu menecer olmağın 30%.