“Unudulmayanlar” - Beynəlxalq Muğam Mərkəzinin yeni möhtəşəm layihəsi


Digərləri 03 Mar 2018 17:53:29 295 0

“Unudulmayanlar” - Beynəlxalq Muğam Mərkəzinin yeni möhtəşəm layihəsi

Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar" adlı yeni iri miqyaslı layihəyə başlayır.

Bakı. Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar" adlı yeni iri miqyaslı layihəyə başlayır. Trend-in məlumatına görə, layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır. Layihə "Mədəniyyət" kanalının dəstəyi ilə keçiriləcək. Layihənin açılışı 5 mart 2018-ci il tarixində baş verəcək və Azərbaycan mədəniyyət xadimi, dahi bəstəkar, məşhur alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunacaq. Qeyd edək ki, Qara Qarayevin 100 illiyi haqqında Prezident İlham Əliyevin 17 oktyabr 2017-ci il tarixli sərəncamına uyğun olaraq ölkə daxilində və xaricdə yubiley tədbirləri keçirilir.