Bakıda yol qəzasında piyada ölüb


Digərləri 03 Mar 2018 17:08:00 184 0

Bakıda yol qəzasında piyada ölüb

Binəqədi qəsəbəsində maşınla vurulan piyada xəstəxanada dünyasını dəyişib.

Bakı. Martın 2-də saat 17 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Teymur Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış paytaxt sakini Mübariz Xıdırovu vurub. DİN-dən Trend-ə verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.