ABŞ-da keçən ilin ən pis filmi və aktyoru açıqlanıb


Digərləri 03 Mar 2018 14:52:54 145 0

ABŞ-da keçən ilin ən pis filmi və aktyoru açıqlanıb

"Qızıl Moruq" antimükafatının qalibləri bəlli olub

ABŞ-ın "Qızıl Moruq" antimükafatının təşkilatçılarının fikrincə, 2017-ci ilin ən pis filmi "Emoci film" olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, filmin rejissoru Toni Leondis isə ən pis rejissor üçün nəzərdə tutulan antimükafata sahib çıxıb.

Qeyd edək ki, "Ən pis film" nominasiyasında digər namizədlər "Transformerlər: sonuncu cəngavər", "50 çalar daha tünd", "Mumiya" və "Malibu xilasediciləri" filmləri olub.

Ən pis aktyor kimi isə "Mumiya" filmindəki roluna görə Tom Kruz seçilib. "Ən pis qadın baş rol ifaçısı" nominasiyasında mükafat "Hellouin Medei 2" filmindəki roluna görə Tayler Perriyə təqdim edilib.