İkiyə bölünən, viran qalan Dəməşq VİDEO FOTO


Digərləri 03 Mar 2018 12:20:00 326 0

İkiyə bölünən, viran qalan Dəməşq  VİDEO  FOTO

Bu fotolarda gördüyünüz şəhər Dəməşqdir. Suriyanın paytaxtı. 2011-ci ildən bəri vətəndaş müharibəsinin girdabında olan, qan içində çabalayan ölkənin paytaxtı da viran qalmaqdadır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, şəhər ikiyə bölünüb. Suriya prezidenti Bəşər Əsədə sadiq qoşunların və qüvvələrin nəzarətində olan qərb məhəllələrində həyat qismən də olsa normaldır. Şərq məhəllərindəsə sanki məşhər yaşanır.

Əl Kəssa məhəlləsində hətta ictimai nəqliyyat işləyir. Şərqdəki Cobarı Suriya qoşunları və Rusiyanın Hava-Kosmik Qüvvələrinin təyyarələri fasiləsiz bombalayırlar.

Əl Kəssa prezident Bəşər Əsədi dəstəkləyir, Cobar isə müxalifətçilərin sığınacağıdır.


Xəbərə aid fotolar