Bakıda isti günlərin sayı dekabrda azalıb,


Digərləri 03 Mar 2018 08:50:00 304 0

Bakıda isti günlərin sayı dekabrda azalıb,

1961-1990-cı illə müqayisədə son 20 il ərzində Bakıda və Abşeron yarımadasında dekabr ayında isti günlərin sayı soyuq günlərdən az, yanvar ayında isti günlərin sayı çox, şaxtalı günlərin sayı az, fevral ayında isə şaxtalı və isti günlərin sayı bərabər olub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Yanvar və fevralın qışın ən soyuq ayları kimi xarakterizə olunduğunu deyən G.Məmmədova bildirib ki, Bakıda və Abşeron yarımadasında ötən ilin dekabr, bu ilin yanvar və fevral ayları nisbətən mülayim keçib. Bu il yanvar ayında bəzi günlərdə, xüsusilə də gecə saatlarında şaxtalı hava şəraiti müşahidə edilib. Fevral ayı nisbətən mülayim keçsə də, hava yağıntılı olub, aylıq normadan bir qədər çox yağış yağıb.