Yevlaxda 2 ədəd tank əleyhinə qumbara tapılıb FOTO


Digərləri 03 Mar 2018 08:53:00 384 0

Yevlaxda 2 ədəd tank əleyhinə qumbara tapılıb  FOTO

Yevlax ərayonunda 2 ədəd mərmi tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata əsasən, 02 Mart 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Yevlax rayonu, Yuxarı Salamabad kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd tank əleyhinə reaktiv qumbara (RPQ-18) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Xəbərə aid fotolar