“Apple” öz işçiləri üçün klinikalar şəbəkəsi açır


Digərləri 03 Mar 2018 08:35:00 278 0

“Apple” öz işçiləri üçün klinikalar şəbəkəsi açır

Önümüzdəki yazda "Apple" şirkəti öz əməkdaşlarına xidmət göstərilməsi üçün səhiyyə klinikaları şəbəkəsini açmağa hazırlaşır.   

Son.az lent.az-a istinadən bildirir ki, yaxın gələcəkdə iki "AC Wellness" adlanan tibb müəssisəsi fəaliyyətə başlayacaq ki, ora da şirkətin əməkdaşları və onların yaxınları gedə biləcəklər.

Bildirilir ki, müəssisələrin açılışı Kaliforniyanın Santa-Krara vilayətində baş tutacaq. Korporasiyanın mənzil-qərargahı da orada yerləşir. Artıq müəssisələrin veb-saytı işə salınıb və gələcək əməkdaşların axtarışı ilə bağlı elanlar dərc edilib.