ABŞda universitetdə atəş açan şəxsin kimliyi bilindi FOTO


Dünya 03 Mar 2018 08:20:00 311 0

ABŞda universitetdə atəş açan şəxsin kimliyi bilindi  FOTO

ABŞ-ın Miçiqan universitetində atəş açan şəxsin kimliyi məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə CBS telekanalı xəbər verib.

Məlumata görə, cinayəti törətməkdə  19 yaşlı Ceyms Erik Devis şübhəli bilinir.  Polis hadisənin ailə münaqişəsi zəminində qeydə alındığını bildirib. Hazırda qaradərili gəncin tutulması istiqamətində tədbirlər görülür.

Miçiqan ştatında universitetdə silahlı insident baş verib.