Samsung Galaxy S9 təzyiqi ölçəcək, stressi müəyyənləşdirəcək


Digərləri 03 Mar 2018 07:41:00 298 0

Samsung Galaxy S9 təzyiqi ölçəcək, stressi müəyyənləşdirəcək

"Samsung Galaxy S9" və "S9+"smartfonları quraşdırılmış nəbzölçən vasitəsilə istifadəçilərin arterial təzyiqini ölçəcək. Bunun üçün istehsalçı smartfonlara Kaliforniya Universitetinin tədqiqatçılarının köməyi ilə "Samsung Electronics" şirkətinin mütəxəssisləri tərəfindən yaradılan eksperimental "My BP Lab" əlavəsini quraşdırır.

Son.az ICTnews-a istinadən bildirir ki, "My BP Lab" proqramının fəaliyyəti smartfonun arxa panelində yerləşən yeni nəsil optik sensorla, eləcə də xüsusi alqoritmlərlə təmin edilir. "My BP Lab" əlavəsinin yaradılmasında "Apple Watch" saatı üçün "Cardiogam" proqramının əsasını təşkil edən texnologiyalardan istifadə edildiyi istisna olunmur. O, həmçinin hipertoniyanı, diabet xəstəliyinin erkən mərhələsini və yuxuda tənəffüsün dayanmasını aşkarlaya bilir.