ABŞ-da pis hava şəraiti səbəbindən 2 nəfər ölüb


Dünya 03 Mar 2018 05:18:39 264 0

ABŞ-da pis hava şəraiti səbəbindən 2 nəfər ölüb

Qar və güclü yağış 15 ştat ərazisində qeydə alınıb

ABŞ-da pis hava şəraiti səbəbindən azı iki nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət dairələri məlumat yayıb.

Polisin məlumatına görə, Vircinya ştatında ağacın evin üzərinə düşməsi nəticəsində 6 yaşlı uşaq ölüb. Baltimor dairəsində də ağacın aşması nəticəsində 77 yaşlı qadın həyatını itirib.

Vircinya qubernatoru ştat ərazisində fövqəladə vəziyyət rejimi elan edib.

Güclü küləklə müşahidə olunan qar və güclü yağış ABŞ-ın Şərq sahilində yerləşən 15 ştat ərazisində qeydə alınıb. Bir milyondan çox elektrik enerjisi istehlakçısı işıqsız qalıb, min aviareys təxirə salınıb.

Cümə günü ölkə paytaxtı Vaşinqtonda güclü külək səbəbindən dövlət müəssisələri və məktəblər işləməyib.