Həyatı faciələrlə dolu olan aktyor:


Digərləri 02 Mar 2018 23:27:00 381 0

Həyatı faciələrlə dolu olan aktyor:

İnsan həyatında elə bir travmalı hadisə baş verə bilər ki, ondan sonra gələcək taleyi tamamilə alt-üst ola və başqa bir adama çevrilə bilər. Dünya şöhrətli kino ulduzu Kianu Rivz həyatın ən sərt şilləsini, ən ağrılı zərbələrini almasına baxmayaraq, qəlbindəki humanizm kimi yüksək dəyərləri, insan sevgisini və ən nəhayət öz sadəliyini qoruyub saxlaya bilib. Əlçatmaz ulduz həyatı aktyordan çox-çox uzaqdır. Hər kəs kimi tez-tez ictimai nəqliyyatdan istifadə edən Kianu özü haqqında ən adi insan kimi danışmağı sevir.

Son.az bu yazıda oxucuları xeyriyyəçiliklə məşğul olan Kianu Rivzin şəxsi həyatı, karyerası, pul və sevgi, keçmiş və gələcək həyat haqqında ibrətamiz fikirləriylə tanış edir.

Həyatı haqqında

Kianunun 3 yaşı olanda atası ailəsini tərk edib, sonradan onu narkotik satışına görə həbs ediblər. Aktyor anası və bacısı ilə birlikdə Avstraliyaya, ABŞ-a, daha sonra isə Kanadaya köçüb. Bu müddət ərzində aktyorun anası bir neçə dəfə ərə gedib. Kianu tez-tez məktəblərini dəyişməsi onun dərs qiymətlərinə mənfi təsir edib.

90-cı illərin sonlarında yaraşıqlı aktyorun sevgilisi Cennifer Saym hamiləliyinin doqquzuncu ayında uşağını itirib. Kino ulduzunun övlad yarası sağalmamış tale ona daha qəddar zərbə vurub. Belə ki, 1999-cu ildə sevgilisi Cennifer Saym avtomobil qəzasında dünyasını dəyişib. O vaxtdan bəri Rivzin heç bir qadınla ciddi münasibəti olmayıb. Daha dəqiq desək, o, aşiq olmaq qabiliyyətini itirib. Yenidən aşiq olmaq ümidini itirməsə də, Kianu hesab edir ki, bu dünyada ikinci yarısı mövcud deyil.

1. Özü haqqında

Mənim adım "dağlardan əsən sərin meh" kimi tərcümə olunur. Düşünürəm ki, külək kimi yaşayıram. Düzdür, indi özümü bir qədər torpağa daha yaxın hiss edirəm. Görünür, külək səngiyir.

Qapalı insanam və istəmirəm ki, mənə böyüdücü şüşədən baxsınlar.

Tək olmağı sevirəm, amma eyni zamanda tənha qalmamağa çalışıram, çünki son dözülməzdir.

Mən yazışmaları adi poçt vasitəsilə aparmağa üstünlük verirəm. Elektron poçtda yazışmağı sevmirəm.

Fikirləri oxumaq sevimli məşğuliyyətimdir. Amma mən oxuya bilmirəm, ona görə xüsusilə elmi-fantastik komiksləri sevirəm.

Tanrıya inanıram, amma bilmirəm ki, bu, nə deməkdir.

2. Həyat haqqında

Real həyatda qisas əladır, lakin çirkli işdir. Bundan başqa filmlərdə, xüsusən namus üstündə qisas almaq çox yaxşıdır.

Dərd heç yana getmir, sadəcə başqa şeyə çevrilir. Kədər kimi o da sadəcə formasını dəyişir.

Keçmiş həyatının keçdiyi yerlərə qayıtmaq mənasızdır, mütləq məyus olacaqsan.

Mənim üçün hər an qiymətlidir. Çalışıram, səyahət edirəm, xəyallar qurmağı sevirəm. Kitab oxumaq xoşuma gəlir.

Mən bilirəm ki, həyat daha gözəl ola bilər. Və bundan heç yana qaçmaq istəmirəm.

3. Məhəbbət haqqında

Sevgi tarixçələri ədəbiyyatda da, ekranda çox gözəl görünür, amma həyatda məhəbbət həmişə faciə ilə bitir.


Xəbərə aid fotolar