Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 02 Mar 2018 23:05:00 224 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 1-də 64,98 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,63 dollar/barel azdır. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 1-də 64,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,63 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 1-də 60,25 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,65 dollar/barel azdır.