"Veysəloğlu" Şirkətlər Qrupu növbəti qanvermə aksiyasını keçirib


Digərləri 02 Mar 2018 19:07:17 327 0

"Veysəloğlu" Şirkətlər Qrupu növbəti qanvermə aksiyasını keçirib

Veysəloğlu Şirkətlər Qrupu “Bir damla qan qurtarılan bir can” adlı növbəti qanvermə aksiyasını keçirib

Bakı. Veysəloğlu Şirkətlər Qrupu “Bir damla qan qurtarılan bir can” adlı növbəti qanvermə aksiyasını keçirib Şirkətdən Trend-ə verilən məlumata görə, aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət olub. Respublika Mərkəzi Qan Bankının həkim heyyətinin müşaiyyəti ilə həyata keçirilən aksiyada şirkətlər qrupunun çox saylı əməkdaşı donor qismində iştirak edib.