"Lider TV" və "Space" şou verilişlərini dayandırdı


Digərləri 02 Mar 2018 17:18:00 291 0

"Lider TV" və "Space" şou verilişlərini dayandırdı

Bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın hadisəsi ilə bağlı "Lider TV" və "Space" yayım proqramında dəyişiklik edilib.  Son.az-ın məlumatına görə, "Lider TV"nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sədan Bünyadov bildirib ki, telekanal əyləncəli və şou xarakterli verilişlərin yayımını təxirə salıb:

"Məsələnin həssaslığını nəzərə alaraq bu gün "Lider TV"nin efirində əyləncə və şou xarakterli heç bir veriliş yayımlanmayacaq. Yalnız sənədli və bədii filmlərə yer ayırmışıq".

"Space"də isə bu barədə apa-ya telekanalın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Eldəniz Elgün məlumat verib.