Təyyarədə utandı, 96 kq arıqladı FOTO


Digərləri 02 Mar 2018 16:56:00 262 0

Təyyarədə utandı, 96 kq arıqladı  FOTO

Avstraliyalı Sara Tohi təyyarədə oturacağın təhlükəsizlik kəmərini böyük çəkisindən dolayı bağlaya bilmədiyi üçün utanmışdı. O, daha bir kəmər istəsə də, iki kəmər onun belinə gəlməmişdi.

Son.az Daily Mail-ə istinadən bildirir ki, insident 2014-cü ildə, "Tiger Airways" aviaşirkətinin risben-Melburn reysi ilə uçan təyyarəsində yaşanmışdı.

Avstraliyanın Kuinslend əyalətindəki Loqanholm şəhərinin sakini, 150 kq çəkisi olan Sara təyyarədə körpə qızını yemləmək istəyirdi. İki kəmər də belinə çatmadığından üçüncü kəməri istəyəndə o, stüardessanın qəzəbli baxışları ilə qarşılaşıb. Sərnişinlər də gülürdülər.

"O anda çox utandım. Mütləq arıqlamaq qərarına gəldim. Çox pis idi. Özümü yaramaz ana kimi hiss etdim. Hamı mənə elə baxırdı ki, hönkürüb ağlamaq istəyirdim", - Sara deyib.


Xəbərə aid fotolar