Ən varlı adamlar milyardlarla dollar itirdilər


Digərləri 02 Mar 2018 13:29:00 225 0

Ən varlı adamlar milyardlarla dollar itirdilər

Berkshire Hathaway investisiya fondunun banisi və sahibi Uorren Baffet dünən qlobal maliyyə bazarlarında fond indekslərinin çökməsi nəticəsində 3,74 milyard dollar itirib.

Son.az Bloomberg-ə istinadən bildirir ki, Facebook-un banisi və sahibi Mark Zukerberq 3,7 milyard dollar, Alphabet-in baş icraçı direktoru Larri Peyc - 3,1 milyard dollar, Google-un banisi Sergey Brin - 3 milyard dollar, Zara-nın sahibi Amansio Orteqa isə 2,5 milyard dollar itiriblər.

Ümumiyyətlə isə dünyanın ən varlı 500 adamının itkilərinin toplam məbləği 128 milyard dollardır. Ən böyük itkilərə (55 milyard dollar) ABŞ-dan olan biznesmenlər məruz qalıblar. Çinli milyarderlər 14 milyard dollar itiriblər.