Afrin əməliyyatlarında Türkiyə ordusunun 41 hərbçisi şəhid olub


Dünya 02 Mar 2018 13:06:36 254 0

Afrin əməliyyatlarında Türkiyə ordusunun 41 hərbçisi şəhid olub

Azad Suriya Ordusunun 116 döyüşçüsü həlak olub

“Təəssüf ki “Zeytun budağı” əməliyyatı nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 41 hərbçisi, Azad Suriya Ordusunun 116 döyüşçüsü şəhid olub”.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Nurettin Canikli bildirib.

Onun sözlərinə görə, 615 kv km ərazi və 94 yaşayış məntəqəsi və 28 strateji yüksəklik terrorçulardan təmizlənib: “Ümumilikdə 157 şəhidmiz var. Əməliyyat başladığı gündən indiyədək 2295 terrorçu məhv edilib”.