Britaniyada güclü qar və soyuq hava 3 nəfərin ölümünə səbəb olub


Dünya 02 Mar 2018 08:04:17 268 0

Britaniyada güclü qar və soyuq hava 3 nəfərin ölümünə səbəb olub

Böyük Britaniyada güclü qar və soyuq hava 3 nəfərin ölümünə səbəb olub.

Son.az Trend-ə istinadən bildirir ki, pis hava şəraiti səbəbindən İngiltərənin Kornoul qraflığında avtomobil yaşayış evinə çırpılıb. Hadisə nəticəsində 7 yaşlı uşaq həlak olub. Berkşir şəhərinin yaxınlığında minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə 46 yaşlı kişi həlak olub. Digər ölüm hadisəsi isə Lids şəhərində qeydə alınıb. 75 yaşlı qadın küçədə ölü tapılıb.