"Zeytun budağı" çərçivəsində 8 türk hərbçisi şəhid olub YENİLƏNİB


Dünya 02 Mar 2018 07:58:00 226 0

"Zeytun budağı" çərçivəsində 8 türk hərbçisi şəhid olub  YENİLƏNİB

07:58

Türkiyənin Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində 8 türk hərbçisi həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilir.

Bəyanatda deyilir: "Əməliyyat çərçivəsində 8 hərbçi həlak olub, 13 hərbçi isə yaralanıb".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

---------