Yerevanda müxalifət aksiya keçirib


Dünya 01 Mar 2018 21:53:00 227 0

Yerevanda müxalifət aksiya keçirib

Yerevanın Azadlıq meydanında Erməni Milli Konqresi və Ermənistan Xalq Partiyasının aksiyası keçirilib.

Son.az oxu.az-a istinadən bildirir ki, aksiya 2008-ci ilin martın 1-də prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifətçilərlə polis arasında baş verən toqquşmalarda ölənlərin xatirəsini anmaq məqsədi ilə təşkil olunub.  

Şəhərin mərkəzi küçələri ilə yürüş edən etirazçılara həmçinin "Çıxış" blokundan deputatlar və həmin hərəkatın tərəfdarları da qoşulub.