Çərçivəsiz və irəli çəkilən kameralı smartfon təqdim olundu


Digərləri 01 Mar 2018 21:15:00 294 0

Çərçivəsiz və irəli çəkilən kameralı smartfon təqdim olundu

Çinin "Vivo" şirkəti 26 fevral - 1 mart tarixlərində Barselonada keçirilən "MWC 2018" sərgisində "Apex" adlı tamamilə çərçivəsiz konseptual smartfonunu nümayiş etdirib.

Son.az ICTnews-a istinadən bildirir ki, prototipin displeyi ön panelin 98%-ni tutur. Barmaq izləri skaneri ekrana inteqrasiya edilib. İstehsalçı vurğulayır ki, smartfon "Half-Screen In-Display Fingerprint Scanning" texnologiyasını dəstəkləyir ki, bu da eyniləşdirmə üçün barmağı kiçik piktoqramın üzərində deyil, ekranın üçdə bir hissəsini tutan sahəsinə qoymağa imkan verir.