Evlərin enerji şəbəkəsinə qoşulması ilə bağlı


Digərləri 01 Mar 2018 21:18:00 282 0

Evlərin enerji şəbəkəsinə qoşulması ilə bağlı

Bundan sonra fərdi evlər də daxil olmaqla, müxtəlif tikinti obyektlərinin enerji şəbəkəsinə qoşulmaları üçün haqq ödəniləcək. Belə ki, Nazirlər Kabineti tərəfindən vahid qoşulma haqqı müəyyən ediləcək. Buna görə də bir sıra xidmətlər üçün tələb edilən vəsaitlər ləğv edilərək vahid məbləğ formalaşacaq

Son.az xezerxeber.az-a istinadən bildirir ki, müxtəlif tikinti obyektləri və fərdi evlərin enerji şəbəkəsinə qoşulma qaydaları dəyişir. Bu məqsədlə vahid qoşulma məbləği ödəniləcək.

"Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" fərmana əsasən enerji təchizatı şəbəkəsinə qoşulmaq 24 gündən gec olmayaraq təmin ediləcək.

İndiyə qədər fərdi evlər də daxil olmaqla digər obyektlərin enerji şəbəkəsinə qoşulması 3 mərhələdə həyata keçirilib.Bundan sonra Vahid qoşulma haqqı differensiallaşdırılmış qaydada tətbiq ediləcək. Belə ki, elektrik enerjisinin gücünə uyğun məbləğ nəzərdə tutulacaq.Tikinti məsələləri üzrə ekspert İslah Kərimovun sözlərinə görə obyektlərin təyinatı da burda rol oynayacaq.


Xəbərə aid video